Çatdırılma və geri qaytarma

Sifarişi ünvanınıza gətiririk və ya mağazadan özünüz götürürsünüz. Dəyişdirmə və qaytarma qanunvericiliyə uyğun həyata keçirilir.

300 ₼-danBakı daxili pulsuz çatdırılma
2 iş günüsifarişlə gələn məhsullar
19:00-dəkertəsi gün — mağazada rezerv
14 günqüsursuz məhsulun dəyişdirilməsi

Çatdırılma necə olur

Sifarişdən sonra operator zəng edib təsdiqləyir və vaxtı razılaşdırır. Bakı daxili pulsuz çatdırılma (minimum sifariş — 300 ₼). Regionlara və 300 ₼-dan aşağı sifarişlərə çatdırılma haqqını operator bildirir.

  1. Operator təsdiqizəng, vaxt və ödəniş qaydası
  2. Yoxlama və qablaşdırmaməhsul yoxlanılır və təhlükəsiz qablaşdırılır
  3. Ünvana çatdırılmaqeyd etdiyiniz ünvana
  4. Təhvil və köməkquraşdırma və istifadə barədə məlumat
Təhvildən sonra nə olur
  • Ünvanınıza təhvilMəhsul sifariş zamanı qeyd etdiyiniz ünvana çatdırılır — əlavə addım atmağınıza ehtiyac yoxdur.
  • Quraşdırma köməkliyiTəhvildən sonra istəyinizə uyğun olaraq quraşdırma işlərində sizə dəstək olunur.
  • İstifadə barədə məlumatMəhsulun ümumi istifadəsi barədə suallarınız olarsa, təhvil mərhələsində izah edilir.

Çatdırılma müddəti

  • PC (gaming və ofis)3 iş günü ərzində təhvil — mağazada olanlar belə
  • «Mağazada» / «Anbarda» yazılan məhsullarçatdırılma vaxtı operator təsdiqindən sonra razılaşdırılır
  • «2 iş gününə çatdırılma» yazılan məhsullarsifariş təsdiqləndikdən sonra 2 iş günü ərzində

Mağazadan götürmə

Sifariş zamanı «Mağazadan götür» seçsəniz, məhsul ertəsi gün 19:00-dək sizin adınıza rezerv olunur (bazar günü bağlıyıq — şənbə sifarişi bazar ertəsinədək saxlanılır). Ödənişi mağazada nağd və ya bank kartı ilə edib məhsulu yerindəcə təhvil alırsınız.

Bakı, 28 May küç. 56AB.e–Şənbə 10:00–19:00Xəritədə aç ›

Ödəniş

Kuryer ödəniş qəbul etmir. Ödəniş çatdırılmadan əvvəl həyata keçirilir — qaydasını operatorumuz sifarişi təsdiqləyərkən izah edir. Kreditlə alınan məhsullar kredit təsdiqləndikdən sonra çatdırılır. Kartla taksit (Birbank və TamKart) mağazada rəsmiləşdirilir — Kredit və taksit.

Tez-tez verilən suallar

Çatdırılma hansı halda pulsuzdur?
Bakı daxilində, dəyəri 300 ₼ və üzəri olan sifarişlərdə.
Sifarişim 300 ₼-dan aşağıdırsa və ya regiondayamsa, çatdırılma necə hesablanır?
Çatdırılma haqqı ünvana görə dəyişir — operatorumuz sifarişi təsdiqləmək üçün zəng edəndə dəqiq məbləği bildirir.
Kuryerə ödəniş edə bilərəmmi?
Xeyr, kuryer ödəniş qəbul etmir. Ödəniş çatdırılmadan əvvəl edilir. Mağazadan götürəndə isə ödənişi yerində nağd və ya kartla edə bilərsiniz.
Quraşdırma ilə bağlı kömək edirsinizmi?
Bəli. Məhsul təhvil verildikdən sonra istəyinizə uyğun olaraq quraşdırma və ümumi məlumat barəsində köməklik göstərilir.
Sifariş verdikdən sonra proses necə davam edir?
Operatorumuz zəng edib sifarişi təsdiqləyir və çatdırılma vaxtını razılaşdırır. Məhsul yoxlanılır, qablaşdırılır və qeyd etdiyiniz ünvana çatdırılır. Təhvildən sonra istəyinizə uyğun quraşdırma və ümumi məlumat barəsində köməklik göstərilir.
Məhsulu mağazadan özüm götürə bilərəmmi?
Bəli. Sifariş zamanı «Mağazadan götür» seçin — məhsul ertəsi gün 19:00-dək sizin adınıza rezerv olunur. Ünvan: Bakı, 28 May küç. 56A, iş saatı: B.e–Şənbə 10:00–19:00.
Sifarişlə gələn məhsul nə vaxt çatdırılır?
Məhsul səhifəsində «2 iş gününə çatdırılma» yazılan məhsullar sifariş təsdiqləndikdən sonra 2 iş günü ərzində çatdırılır.
Qüsursuz məhsulu dəyişdirə bilərəmmi?
Bəli. Lazımi keyfiyyətdə olan qeyri-ərzaq məhsulu, qanunvericilikdə nəzərdə tutulmuş şərtlərə uyğun olduğu halda, alındığı gündən etibarən 14 gün ərzində dəyişdirilə bilər.
Dəyişdirmək üçün uyğun məhsul olmadıqda nə olur?
İstehlakçı qanunvericilikdə nəzərdə tutulmuş qaydada başqa məhsul seçə, məhsulun dəyəri üzrə hesablaşma apara və ya ödədiyi məbləği geri ala bilər.
Məhsul qüsurludursa nə etməliyəm?
Bizimlə əlaqə saxlayın. Məhsul Techbar tərəfindən qəbul edilərək qüsurun xarakterinin müəyyən edilməsi üçün texniki yoxlamadan keçirilə bilər. Qüsur təsdiqlənsə, istehlakçının qanunvericilikdə nəzərdə tutulmuş tələbi müvafiq qaydada icra edilir.