i7-13700KF · GeForce RTX 5060Ti 16 GB · MSI B760M-E DDR5 · T-FORCE VULCAN 16 GB DDR5 · 1 TB M.2 SSD · Xigmatek Fury 850W · Xigmatek FROZR-O II 240 · Xigmatek Gaming Z Pro
- Rəsmi zəmanət
- ƏDV-li qaimə
- Korporativ satış
VoltRift Gaming PC - RTX 5060Ti,i7-13700KF (CUSTOM-PC-061)
3 iş günü ərzində təhvil
3 399 ₼4 079 ₼
və ya 12 ay × 334,12 ₼ · kartla taksit
Hissə-hissə ödəİlkin ödənişsiz
- Mağazadan götür · Bakı, 28 May küç. 56A, B.e.–Şənbə 10:00–19:00
- Bakı daxili pulsuz çatdırılma (minimum sifariş — 300 ₼)
Bu sistem kimə uyğundur
- 1080p oyunBəli — yüksək ayarda ən ağırı Cyberpunk 2077: 85 FPS.
- 1440p oyunŞərti — ağır oyunlarda (Cyberpunk 2077: 55 FPS) ayar orta olmalıdır.
- Yayım və montajBəli — prosessor yayım və video montajı çəkir.
Tez-tez verilən suallar
Sistem yığılmış gəlir, yoxsa özüm yığmalıyam?
Sistem yığılmış, kabelləri səliqəyə salınmış və yoxlanılmış halda təhvil verilir — monitoru qoşub işə salmaq kifayətdir.
Sifarişdən sonra nə qədər hazır olur?
Bütün PC sifarişləri, mağazada olanlar belə, 3 iş günü ərzində təhvil verilir. Hazır olanda sizə xəbər verilir.
Zəmanət necə işləyir?
Zəmanət bütün sistemə verilir, komponenti ayrıca servisə aparmaq lazım deyil. Müddət məhsulun növünə görə dəyişir — zəmanət şərtləri.
Sonradan komponenti dəyişə bilərəmmi?
Bəli. Sistem standart komponentlərdən yığılır: yaddaş, disk və videokart sonradan dəyişdirilə bilər.
Oyun FPS rəqəmləri haradan gəlir?
Sistemin öz komponentlərinə görə hesablanır: videokart səviyyəsi, prosessor həddi, yaddaş modulunun sayı və rezolyusiya. Ölçü şərti yüksək ayar və DLSS/FSR qapalı vəziyyətdir, rəqəmlər ehtiyatlı götürülür. Özəlləşdirilmiş konfiqurasiyalar (əlavə yaddaş, başqa videokart), sürücü və oyun yeniləmələri nəticəni dəyişə bilər.
Oyun performansı
Konfiqurasiyaya görə hesablanıbyüksək ayar · DLSS/FSR qapalı · Intel Core i7-13700KF · RTX 5060 Ti 16GB · 16GB DDR5
1080p-də seçilmiş 8 oyunun hamısı 60 FPS-dən yuxarıdır. Ən ağırı Cyberpunk 2077: 85 FPS. 1440p-də ağır oyunlarda ayarı orta et.
1080p yüksək ayarda seçilmiş 8 oyunun hamısı 60 FPS-dən yuxarı. Ən ağırı — Cyberpunk 2077: 85 FPS.

CS2
370FPS
144 Hz tam açılır

Valorant
480FPS
144 Hz tam açılır

FC 26
230FPS
144 Hz tam açılır

Fortnite
130FPS
çox axıcı

PUBG
155FPS
144 Hz tam açılır

GTA V
160FPS
144 Hz tam açılır

Warzone
125FPS
çox axıcı

Cyberpunk 2077
85FPS
axıcı
1440p-də Cyberpunk 2077 ağır gəlir: 55 FPS. Ayarı orta salın və ya bir pillə güclü sistemə baxın.

CS2
285FPS
144 Hz tam açılır

Valorant
365FPS
144 Hz tam açılır

FC 26
215FPS
144 Hz tam açılır

Fortnite
100FPS
çox axıcı

PUBG
115FPS
çox axıcı

GTA V
130FPS
çox axıcı

Warzone
95FPS
axıcı

Cyberpunk 2077
55FPS
ayarı orta salın
Yüksək ayar, DLSS/FSR qapalı. Rəqəmlər sistemin komponentlərinə görə hesablanmış təxmini dəyərlərdir — özəlləşdirilmiş konfiqurasiyalar, oyunun yenilənməsi və ayarlar nəticəni dəyişə bilər.
Sistem tərkibi
8 komponent- ProsessorIntel Core i7-13700KFAğır oyun, yayım və montaj üçün güclü
- VideokartRTX 5060 Ti 16GB1080p yüksək ayar üçün hədəflənib
- Operativ yaddaş16 GB · 1 modulTək modul — ikinci modul əlavə olunsa oyunda ~10% artım
- Yaddaş (SSD)1 TB
- Qida blokuXigmatek Fury 850W Gold850 W — videokartı bir səviyyə yuxarı dəyişmək üçün ehtiyat var
- SoyuducuXigmatek FROZR-O II 240Maye soyutma
- KorpusXigmatek Gaming Z Pro
- Əməliyyat sistemiFreeDos
Texniki göstəricilər
| Prosessor |
Intel Core i7-13700KF |
|---|---|
| Prosessorun nüvə sayı |
16 |
| Videokart |
RTX 5060 Ti 16GB |
| Operativ yaddaş |
16 GB |
| SSD |
1 TB |
| İnterfeyslər |
Display Port ,LAN ,USB 2.0 ,USB 3.2 |
| Əməliyyat sistemi |
FreeDos |
| Brend |
Xigmatek |
| Color |
Black |
| HDD |
Xeyr |
| Cooler |
Xigmatek FROZR-O II 240 |
| PSU |
Xigmatek Fury 850W Gold |
| Case |
Xigmatek Gaming Z Pro |
Haqqında
Bu sistem güclü performans və stabil işləmə xüsusiyyətləri ilə həm oyun, həm də gündəlik və peşəkar istifadə üçün ideal seçim təqdim edir. Konfiqurasiyanın əsasını təşkil edən Intel i7-13700KF prosessoru 16 nüvəli (8 performans + 8 effektiv) arxitekturası ilə çox tapşırıqlı iş rejimində yüksək sürət və məhsuldarlıq təmin edir. Bu prosessor müasir oyunlarda yüksək FPS və ağır proqramlarda axıcı işləmə imkanı yaradır.
Qrafik performans baxımından ASUS PRIME GeForce RTX 5060Ti 16GB video kartı müasir oyunları yüksək qrafik ayarlarında rahatlıqla işlətməyə imkan verir. 16GB video yaddaşı sayəsində həm oyunlar, həm də qrafik dizayn, video montaj və 3D modelləşdirmə kimi tətbiqlərdə stabil və güclü performans əldə olunur.
Sistem MSI B760M-E DDR5 anakart üzərində qurulub və DDR5 yaddaş dəstəyi ilə daha sürətli və effektiv işləmə təmin edir. T-FORCE VULCAN 16GB DDR5 RAM gündəlik istifadə və oyunlar üçün kifayət qədər yaddaş təqdim edir, 1TB M.2 SSD isə yüksək oxuma-yazma sürəti ilə sistemin sürətli açılmasını və proqramların ani işləməsini təmin edir.
Enerji təminatı üçün Xigmatek Fury 850W sabit və etibarlı enerji təqdim edir. Xigmatek FROZR-O II 240 maye soyutma sistemi prosessorun temperaturunu optimal səviyyədə saxlayır və performansın stabil qalmasına kömək edir. Xigmatek Gaming Z Pro korpusu isə müasir dizayn və yaxşı hava axını ilə sistemi tamamlayır.
Oxşar sistemlərlə müqayisə
rəqəmlər eyni modellə hesablanıb| Sistem | Qiymət | Videokart | Prosessor | Yaddaş | CS2 1080p | Cyberpunk 2077 1080p | Cyberpunk 2077 1440p |
|---|---|---|---|---|---|---|---|
| Baxdığınız sistem | 3 399 ₼ | RTX 5060 Ti 16GB | i7-13700KF | 16 GB DDR5 | 370 | 85 | 55 |
| CryoNova Gaming PC- RTX 5070, i5-13400… | 3 399 ₼ | RTX 5070 12GB | i5-13400 | 16 GB DDR5 | 255 | 95 | 70 |
| AquaNova Gaming PC- RTX 5060Ti, i5-13400… | 3 399 ₼ | RTX 5060 Ti 16GB | i5-13400 | 32 GB DDR5 | 285 | 95 | 65 |
| BlackFang Gaming PC – RTX 5060TI… | 3 369 ₼ | RTX 5060 Ti 8GB | i5-14400 | 32 GB (2×16 GB) DDR5 5600MHz | 285 | 95 | 60 |

















